Fevralın 11-də keçiriləcək “Böyük Oyun” ətrafında maraqlı anlar yaşanmaqda davam edir.
Sportarena.az etibarlı mənbələrdən aldığı məlumata görə, “Neftçi” prezidenti Sadıq Sadıqov bu gün idarə heyətinə xüsusi tapşırıq verib. Sadıqov “Böyük Oyun” öncəsi hər kəsdən sakit durmağı, mətbuata mümkün qədər az açıqlama verməyi, maksimum dərəcədə sakit qalaraq oyun ətrafında səs-küy yaratmamağı tapşırıb.
Əsas məqsəd “Böyük Oyun” anlayışını məhv etmək, əvəzində “Qarabağ” və “Neftçi” komandaları arasında görüşlərə daha çox maraq yaratmaqdır.
Qeyd edək ki, qarşılaşma fevralın 11-i saat 16:00-da “Bakcell Arena”da keçiriləcək.