Rövnəq Abdullayevlə Hafiz Məmmədov arasında keçirilən görüşün detalları

21:28 9 Fevral 2015

Bildiyiniz kimi, bu yaxınlarda AFFA prezidenti Rövnəq Abdullayevlə "Bakı" klubunun prezidenti Hafiz Məmmədov arasında görüş keçirilib. Görüşdə "Bakı"nın problemləri və bu problemlərdən çıxış yolları müzakirə olunub.

Sportarena.az xəbər verir ki, görüşün detalları ilə bağlı Rekord.az-a bəzi məlumatlar daxil olub.

Həmin məlumata görə, AFFA "Bakı" klubunun problemlərinin həllinə kömək olmağa razı olub. Amma bu razılaşma bir çoxlarının düşündüyü kimi, himayə formasında yox, borc formasında olacaq. İlk öncə ondan başlayaq ki, federasiya heç də "Bakı"nın futbolçularına olan borclarını ödəməyəcək. Yəni bu günə qədər yığılıb qalmış bütün borclar yenə Məmmədovun boynunda qalacaq. AFFA yalnız yanvar-may ayları aralığında klubun futbolçularına və məşqçilərinə maaş verəcək. May ayından sonra isə kluba yenə Məmmədov özü baxacaq. Eyni zamanda razılıq belə olub ki, AFFA-nın yanvardan iyuna qədər "Bakı" futbolçularına və məşqçilərinə verəcəyi maaşların miqdarı, sonradan Hafiz Məmmədov tərəfindən geri ödəniləcək.

 


Digər xəbərlər

Xəbər xətti