"Messinin Mourinyo ilə problem yaşayacağını düşünmürəm"

23:44 9 Fevral 2015

"Mançester Yunayted"in futbolçusu Anxel Di Mariya Argentina millisindəki komanda yoldaşı Lionel Messinin "Çelsi"yə mümkün transferi barədə fikirlərini bildirib.

Sportarena.az xəbər veriri ki, o, FİFA-nın saytına müsahibəsində deyib ki, Messi London klubunun baş məşqçisi Joze Mourinyo ilə çox yaxşı çalışa bilər:

"Messinin "Çelsi"yə keçəcəyi təqdirdə, Mourinyo ilə bir problem yaşayacağını düşünmürəm. Ancaq onun "Barsa"dan ayrılacağına inanmıram. Çünki Messi uzun müddətdir Kataloniya klubunda oynayır və oradan ayrılması heç də asan deyil".

 


Digər xəbərlər

Xəbər xətti