Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) seçki komissiyasının fevralın 9-da keçirilən yığıncağında mayın 29-da nəzərdə tutulan prezident seçkisində dörd namizədin seçilmək hüququna malik olduğu rəsmən elan edilib.
Sportarena.az xəbər veriri ki, federasiyanın prezidenti vəzifəsini tutmaq üçün Hollandiya Futbol Federasiyasının sədri Maykl van Praaqın, Madridin “Real“ komandasının keçmiş ulduzu və “Qızıl top”un sahibi portuqaliyalı Luiş Fiqunun, FİFA-nın keçmiş vitse-prezidentlərindən olan, İordaniya şahzadəsi Əli bin Əl-Hüsseynin və futbol aləmində yaxşı tanınan Yozef Blatterin namizədliyinin qeydə alındığı bildirilib.