Azərbaycan Premyer Liqasının XXI turunun açılış matçında “"Qəbələ"ni qonaq edəcək “Simurq” oyuna hazırdır.
Sportarena.az klubun rəsmi saytına istindən xəbər verir ki, bir günlük istirahətdən sonra bu matçın hazırlıqlarına başlayan Zaqatala təmsilçisi, dünən gün oyunöncəsi son məşqinə çıxıb. Zədəli Əli Gökdəmir, Rəşad Əzizli, Nicat Muxtarov və əvəzedici heyətdə forma geyinmiş Oruc Balaşlı, Vadim Abdullayev, Kənan Müslümov çalışmalarda iştirak etməyib.
Bir saatdan artıq davam edən hazırlığa Georgi Çixradzenin yetirmələri qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra üç qrupa bölünərək "kvadrat" oynanılıb. İkitərəfli oyundan sonra isə qapıya zərbələrlə məşq tamamlanıb və futbolçularımız istirahətə çəkilib.
Qeyd edək ki, oyun saat 17:00-da Zaqatala şəhər stadionunda keçiriləcək.