"Xəzər-Lənkəran" bu gün hazırlıqları tamamlayır

11:28 10 Fevral 2015

Sabah, fevral ayının 11-də “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək.

Sportarena.az xəbər veriri ki, qonaqlar matçın baş tutacağı “Bakcell Arena” stadionunda saat 16:00-da məşqə çıxacaq. Qeyd edək ki, sabah bu arenada keçiriləcək matçı Ramil Diniyevin başçılıq etdiyi hakimlər birqadası idarə edəcək. Ona yan xəttlərdə Vaqif Musayev və Cavanşir Yusifov, həmçinin dördüncü hakim Ömər Paşayev yardım edəcəklər. Oyun “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq

Onu da xatırladaq ki, əzəli rəqiblərin əvəzedici heyətləri isə bu gün, fevralın 10-da saat 13:00-da  “Dalğa Arena” stadionunda görüşəcəklər.

 


Digər xəbərlər

Xəbər xətti