Marko Roys şərəfini qoruduğu "Borussiya"da qalmağa qərar verib.
Sportarena.az xəbər veririk ki, o, Dortmund təmsilçisi ilə 2016-ci ildə bitəcək müqaviləni yeniləməyə hazırlaşır. Artıq bununla bağlı klub nümayəndələri ilə M.Roys arasında danışıqların başladığı bildirilib.
Qeyd edək ki, M.Roysla "Barselona", "Bavariya" və "Real"ın maraqlandığı iddia edilirdi. Onun bu mövsümün sonu "Borussiya"dan ayrılacağı gözlənilirdi.