"Neftçi"nin kapitanı "Xəzər-Lənkəran"a qarşı forma geyə biləcək

12:12 10 Fevral 2015

Azərbaycan Premyer Liqasında III dövrəyə uğursuz start götürən “Neftçi” vitse-kapitanına qovuşub.

Sportarena.az xəbər veriri ki, paytaxt klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov zədəsini sağaldıb.

Zədə ucbatından həm AZAL (1:2), həm də “Simurq”la (0:0) oyunu buraxan 23 yaşlı futbolçu artıq komandaya qoşulub. İki gündü kollektivlə birgə məşq edən gənclər millimizin sabiq üzvü “Xəzər Lənkəran”la sabahkı qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 16:00-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti