7-ci təyinat: Meydan sahibləri üstün, “Qəbələ”nin qapısı toxunulmazdı

12:29 10 Fevral 2015

Bu gün Azərbaycan Premyer Liqasının XXI turunda keçiriləcək “Simurq” – “Qəbələ” matçını idarə edəcək İnqilab Məmmədov mövsümdə 7-ci çempionat oyununa təyinat alıb.

Sportarena.az xəbər veriri ki, onun fit çaldığı 6 görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Bu qarşılaşmalarda qonaqlar yalnız 1 qələbə qazanıb və 2 heç-heçəylə kifayətlənib.

Məmmədov qonaqları 1 qırmızı vərəqə, meydan sahiblərini 3 penalti ilə cəzalandırıb. Lakin bu 3 zərbədən biri dəqiq olmayıb.

Həm “Qəbələ”, həm də “Simurq” 3-cü dəfə bu referinin idarəçiliyi ilə meydana çıxacaq. XIV turda səfərdə “Neftçi” ilə heç-heçə edən “Qəbələ” XIX turda “Bakı”nı 2 cavabsız qolla məğlub edib. Bir sözlə Məmmədovun baş hakimi olduğu matçlarda “qırmızı-qaralar” qol buraxmır. Referi bu matçlarda “Qəbələ”nin lehinə 1 penalti təyin edib.

Zaqatala təmsilçisi isə VIII turda “İnter”lə qolsuz heç-heçə edib, XV turda isə Sumqayıtda eyniadlı komandaya uduzub – 1:2.

 


Digər xəbərlər

Xəbər xətti