AFFA “Neftçi”ni cəzalandırdı

12:34 10 Fevral 2015

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportarena.az xəbər veriri ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XX turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Simurq”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 1000 manat ziyana düşüb.

“Qəbələ” ilə matçın 78-ci dəqiqəsində AZAL-ın ikinci sarı vərəqəyə görə meydandan qovulan futbolçusu Viktor İqbekoyi 1 oyun cəzalanıb, paytaxt təmsilçisi 200 manat cərimə olunub.

 


Digər xəbərlər

Xəbər xətti