"Qarabağ"ın formaları 50 manata satılacaq

12:46 10 Fevral 2015

"Qarabağ" klubu daha bir yenilik edib.

Sportarena.az xəbər verir ki, bu gündən azarkeşlər "Qarabağ"ın rəsmi saytı vasitəsi ilə (FANSHOP - http://bit.ly/1KCWwKj) kluba aid bəzi məhsulları online vasitəsilə sifariş edə bilərlər.

Qeyd edək ki, hazırda satışda “Qarabağ”ın forması, azarkeş papağı, brelok və mobil telefonlar üçün örtüklər var Azarkeşlər üçün ən çox maraq doğuran komandanın forması 50 manat təşkil edir.

Qeyd edək ki, online sifarişdən sonra məhsulların çatdırılması pulsuz, ödəniş isə nağd olaraq həyata keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti