Ağabala Ramazanov: "Təxribatlara yox, oyuna hazırlaşmışıq" - MÜSAHİBƏ

15:29 10 Fevral 2015

“Xəzər-Lənkəran” klubunun futbolçusu Ağabala Ramazanovun Sportarena.az saytına müsahibəsi:

 

- Sabah “Neftçi” ilə “Böyük Oyun” olacaq. Oyuna necə hazırlaşmısız?

- Yaxşı hazırlaşmışıq. Əsas odur ki, cavanlar da bu oyunun mahiyyətini bilir. Komanda tam hazırdı. İnşallah sabah yaxşı olacaq.

 

- Son dönəmlərdə başqa klubların hədəfindəsiz. “Adanaspor” sizi heyətinə qatmaq istəyində idi, son oyunda “İnter”in baş məşqçisi sizi təriflədi. “Xəzər-Lənkəran”dan ayrılmaq fikriniz varmı?

- Yox, mənim komanda ilə üç aylıq müqaviləm var. Yaydan sonra komanda rəhbərliyi mənə güvənərsə, yeni müqavilə olarsa komandada qalacam. "Xəzər-Lənkəran"dan ayrılmaq fikrim yoxdur.

 

- Qardaşınız bizə müsahibəsində sizin qol vurmaq hissiyatınızın olmadığını bildirmişdi. Sizcə bu sözlər doğrudurmu?

- Zaur məndən böyükdür. Nə fikirləşirsə, düzgün fikirdədir.

 

- Çoxu qol vura bilməməyinizi bəstəboy olmamağınızla əlaqələndirir...

- Yox, boynan əlaqədar deyil. İnşallah, zamanla düzələcək bütün bunlar.

 

- Sabahkı oyunda qalmaqal ola bilər. Lənkəran azarkeşləri oyuna buraxılmasa da, “Neftçi”nin azarkeşləri və oyunçularının elə son oyunda da sizi təxribata çəkdiyini görmüşük...

- Biz təxribatlara yox, oyuna hazırlaşmışıq. Təxribatların bizə aidiyyatı yoxdur. Biz öz oyunumuzu oynayacayıq. “Neftçi”də oynayanlar da özgə adamlar deyil, azərbaycanlılardı. Bəziləri ilə uşaqlıqdan bir yerdə oynamışıq.

 

- Yəni, misal üçün, Filavinyo gəlib sizi itələyib sonra yerə yıxılsa... (Ağabala sözü kəsir)

- Bilirəm nə demək istəyirsiz. Belə şey olmayacaq.

 

- Son olaraq, azarkeşlərə sözünüz nədir?

- Bilirik ki, satadiona buraxılmayacaqlar. Amma, onların ürəyi bizimlə, bizim də ürəyimiz onlarnandır.

 

Söhbətləşdi: Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti