“Neftçi” – “Xəzər Lənkəran”: Ramil Diniyev kimə düşərlidi?

16:06 10 Fevral 2015

“Böyük oyun”u idarə edəcək Ramil Diniyev mövsümdə 9-cu çempionat matçına təyinat alıb.

Sportarena.az xəbər veriri ki, XXI turun “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmasının baş hakimi bu görüşədək 8 oyunda fit çalıb.

Diniyev meydan sahibləri üçün uğurlu hakimdi. Onun idarə etdiyi oyunlarda cəmi 1 dəfə uduzan ev sahibləri 5 qələbə qazanıb, 2 heç-heçəylə kifayətlənib. Diniyev təyin etdiyi 3 penaltidən ikisində qonaqları cəzalandırıb. O, arxada qalan 8 oyunda qırmızı vərəqə göstərməyib.

Həm “Neftçi”, həm “Xəzər Lənkəran”ın iki oyununda ədaləti qoruyan Diniyev bakılılar üçün düşərli sayılır. “Ağ-qaralar” X turun “Bakı” (3:1), XVI turun “Sumqayıt”la (3:2) oyunlarında 3 xalı 3 qolla qazanıb. Cənublular isə IX turda “Qarabağ”a 2:3, XIX turda “Simurq”a 0:2 uduzanda baş hakim Diniyev olub. O, Ağdam təmsilçisinə qarşı matçda “ağ-yaşıllar”ın qapısına bir penalti də təyin edib.

 


Digər xəbərlər

Xəbər xətti