"Neftçala" klubunun yeni bazası tikilir

16:15 10 Fevral 2015

"Neftçala" stadionu yararsız vəziyyətdədir.

Sportarena.az xəbər verir ki, məhz bu səbəbdən rayonu təmsil edən eyni adlı komanda məşqlərinin böyük hissəsini Bakıda keçir. Lakin yaxın zamanlarda Neftçalada da müasir baza və stadion olacaq. Artıq rayonda yeni Olimpiya İdman Mərkəzinin tikintisinə start verilib.

Bu mərkəzə stadion, məşq meydançası, eyni zamanda idmançıların qalması üçün mehmanxana da daxildir. Mərkəz istifadəyə verildikdən sonra "Neftçala" birdəfəlik bu bazaya köçəcək.


Digər xəbərlər

Xəbər xətti