"Traktorsazi" portuqaliyalı baş məşqçi ilə müqavilə müddətini artırıb

18:13 10 Fevral 2015

İranın "Traktorsazi" klubu baş məşqçisi Toni Oliveyra ilə müqavilə müddətini artırıb. 

Sportarena.az xəbər verir ki, tərəflər 1,5 illik müqaviləyə imza atacaq.

Portuqaliyalı mütəxəssislə müqavilənin artırılması barədə klub tərəfindən rəsmi açıqlamanın bir neçə gün ərzində verilməsi gözlənilir.

Qeyd edək ki, Toni Oliveyra 2012-ci ilin iyulundan "Traktorsazi"də çalışmağa başlayıb. 2013-cü ildə klubla yollarını ayıran portuqaliyalı baş məşqçi bir müddətdən sonra yenidən sabiq komandasına qayıdıb.

 


Digər xəbərlər

Xəbər xətti