Konte İtaliya yığmasından gedəcəkmi?

18:28 10 Fevral 2015

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Antonio Konte postunu tərk edəcəyi barədə xəbərlərə münasibət bildirib. 46 yaşlı mütəxəssis yığmada çalışmaqdan şad olduğunu açıqlayıb.

Sportarena.az xəbər verir ki, Konte bildirib ki, müqaviləsi bitməmiş millidən getmək fikrində deyil: "Əvvəllər də dediyimi təkrarlamağa hazıram: "İtaliya yığmasında işləməkdən məmnunam. Ümidvaram ki, bu mənim vaxtından tez gedəcəyimə dair şayiələrə son qoyacaq. Bəli, bu postda çətinliklər var, amma xoş anlar da mövcuddur. Kimlərinsə xoşuna gəlsə də, gəlməsə də, müqaviləmin sonunadək komandada qalacağam".

 

Qeyd edək ki, Antonio Konte İtaliya millisini DÇ-2014-dən sonra qəbul edib. "Skuadra Adzurra" AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. 4 turdan sonra Kontenin komandası 3 qələbə, 1 heç-heçə ilə H qrupunda 2-ci pillədə qərarlaşıb. Fevralın əvvəllərində baş məşqçi yığma üçün təlim-məşq toplanışı təşkil etmək istəsə də, "Yuventus" və "Roma" futbolçularını buraxmayıb. Nəticədə toplanış baş tutmayıb. Məhz bundan sonra Kontenin etiraz əlaməti kimi millidən gedəcəyinə dair xəbərlər yayılıb. 

 


Digər xəbərlər

Xəbər xətti