"Simurq"da ciddi itki

19:20 10 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Qəbələ” ilə qarşılaşan “Simurq” ciddi itki ilə üzləşib.

Sportarena.az xəbər verir ki, Zaqatala klubu yeni transferi Xuan Alberto Alvaradonu itirib.

İspaniyalı mərkəz müdafiəçisi hazırda ilk hissəsi oynanılan görüşə uğursuz start götürüb. Belə ki, matçın 2-ci dəqiqəsindəcə meydanın mərkəzində gedən mübarizə zamanı zədələnən 31 yaşlı futbolçu oyunu davam etdirə bilməyib və komanda yoldaşı Adam Banaşla əvəzlənib. İlkin ehtimala görə, Alvaradonun çiyni çıxıb.

Qeyd edək ki, Xuan Alvarado “Simurq”a ötən ay Yunanıstanın “Erqotelis” klubundan keçib.

 


Digər xəbərlər

Xəbər xətti