Azərbaycan Premyer Liqasının XXI turuna Zaqatalada keçirilən “Simurq” – “Qəbələ” oyunu ilə start verildi. Oyun meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşdı.
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi George Çixradze oyun barədə fikirlərini bölüşüb:
“Biz çox vacib 3 xal qazandıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Sona qədər mübarizə apardıq. Avroliqa üçün mübarizə aparırıqsa, belə oyunlarda qalib gəlməliyik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə eyni zamanda hesabı qorumağa çalışdıq. Bütün hallarda 3 xal qazanmaq sevindiricidir. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.