Ruslan Abışov: "...xoşagəlməz hadisə dərhal unuduldu "

23:02 10 Fevral 2015

"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov bu gün Topaz Premyer Liqasının XXI turu çərçivəsində "Simurq"la (0:2) keçirilən görüşdən sonra adət etmədiyi sol cinah müdafiəçisi mövqeyində oynamasına aydınlıq gətirib.

Sportarena.az xəbər verir ki, Kamran Ağayevin komandadan ayrılmasından sonra kapitan sarğısına yiyələnən milli futbolçumuz bunu çarəsizliklə əlaqələndirib.

"Yəqin ki, komandamızda solaxay futbolçuların məhdud olması baş məşqçimizi bu cür qərara vadar edib. Əsas odur ki, komandama faydam dəysin. Hesab edirəm ki, bir qədər zamana ehtiyacımız var. Kollektiv oturuşmalıdı. Bugünkü görüşün 2-ci hissəsində azlıqda qalsaq da, məşqçi fikirlərinini müəyyən çalarlarını hiss etdirdik".

Kapitan Mixail Starostyakla Cavid Hüseynov arasında yaşanan hadisəyə də münasibət bildirdi: "Kapitan kimi dərhal hər iki futbolçuya iradımı bildirdim. Aralarında yaşanan xoşagəlməz hadisə dərhal unuduldu və fasilədə bir-birinin əlini sıxdılar. Cavidin əvəzlənməsi həmin hadisəylə əlaqəli deyildi".

 


Digər xəbərlər

Xəbər xətti