İngiltərə Futbol Assosassiyası "Lester Siti"nin baş məşqçisi Naukel Pirsonu "Kristal Pleys" ilə oyundakı davranışına görə cəzalandırmayacaq.
Sportarena.az xəbər verir ki, epizodların birində Pirson onun yaxınlığında yıxılan rəqib futbolçusu Ceyms Makarturu boğmağa çalışmışdı. "Lester"in çalışdırıcısı bunu futbolçunun onu təhqir etməsi ilə əlaqələndirmişdi. Bu hadisəni hakimlər briqadası gördüyünə görə Federasiya əlavə tədbir görməməyi qərara almışdı, amma, məşqçi bütün bunlara baxmayaraq cəzlandırılmayıb.