1988-ci il SSRİ yığması tərkibində futbol üzrə olimpiya çempionu olmuş Sergey Qorlukoviç Moskvada polisin burnunu sındırıb.
Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qorlukoviç hadisəni törədərkən içkili olub.
Veteran idmançı və taksi sürücüsü arasında mübahisə düşüb. Sürücü hadisə yerinə polis çağırıb. Olimpiya çempionu hər ikisi ilə mübahisə etməyə başlayıb. Daha sonra Qorlukoviç yumruqla polisin burnunu sındırıb.
Olimpiya çempionu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsi alındıqdan sonra evə buraxılıb. Olimpiya çempionu hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib.