Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, Tur “Böyük oyun”la başa çatacaq. “Bakcell Arena”da “Neftçi” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Cənub təmsilçisi 2015-ci ildə ilk xalını paytaxt klubundan almaq əzmindədi. Ardıcıl 3 oyunda qəlbə qazana bilməyən “ağ-qaralar” isə liderdən uzaq düşməmək üçün qalib gəlməyə çalışacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
11 fevral (çərşənbə)
16:00. “Neftçi” – “Xəzər Lənkəran” 2:0 (Oyun bitdi)
İlk 2 dövrədəki oyunlar: 1:0, 2:2
Qol: 65, Vobay;68, Samir Məsimov
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bakcell Arena”