Legioneri AZAL-dan ayrıldı

17:42 11 Fevral 2015

AZAL-ın braziliyalı yarımmüdafiəçisi Eduardo Konseysao bu gün Türkiyəyə yollanıb.

Sportarena.az apasport.az saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun səfərdə məqsədi əməliyyat olmaqdı.

Sağ dizinin ön çarpaz bağları qopan Eduardo sabah Ankarada cərrah bıçağı altına uzanacaq. Əməliyyatdan sonra iki gün xəstəxanada qalacaq “sambaçı” fevralın 14-də Bakıya qayıdacaq. Onu tanış həkim Mehmet Binnət əməliyyat edəcək.

Qeyd edək ki, Eduardo Konseysao AZAL-ın əvəzedici komandasının heyətində XIX turda “Neftçi” ilə matçda zədələnib. Futbolçu bu mövsüm yaşıl meydanlara ayaq basa bilməyəcək.

 


Digər xəbərlər

Xəbər xətti