Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Bakı” – “Sumqayıt” oyununda qapılara qol vurulmadı.
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi İbrahim Uzunca oyun haqqında fikirlərini bölüşüb:
“İlk hissə bir qədər baxımsız alındı. İkinci hissədə çox yaxşı mübarizə apardıq. Futbolçularımdan razıyam. Artıq bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq. Hər oyun bizim gənc oyunçuların təcrübəsi daha da artır”.