Tərlan Əhmədov: "Futbolçulara heç bir etirazım yoxdur"

17:57 11 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ” səfərdə AZAL üzərində 1-0 hesablı qələbə qazandı. Bu qələbədən sonra “Qarabağ” turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirdi.   

Sportaren.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov oyun haqqında fikirlərini bölüşüb:

“Həqiqətən də maraqlı oyun alındı. Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Buna baxmayaraq, komandam yaxşı mübarizə apardıq. Qələbə qazanmaq istəyirdik. Lakin  bu oyunda1 xal da bizi qane edə bilərdi. Futbolçulara heç bir etirazım yoxdur. Sadəcə, səhvlər üzərində işləməliyik. Növbəti tur bizi çətin Sumqayıt səfəri gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq”.  


Digər xəbərlər

Xəbər xətti