Az öncə başa çatan “Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşmasında maraqlı hadisə yaşanıb.
Sportarena.az xəbər verir ki, oyunu izləyənlər arasında olan PFL prezidenti Ramin Musayev “Xəzər-Lənkəran”ın idman direktoru Yunis Hüseynova məğlubiyyətdən sonra qonaqlıq təklifi edib.
Belə ki, Musayev Hüseynovun yanına gələrək, “Bax, mətbuat işçilərinin yanında da deyirəm, gəl sənə qonaqlıq verim” – deyib. Hüseynov təklifi gülüşlə qarşılayıb.
Ramin Musayevin qonaqlıq təklifini hansı münasibətlə etdiyi isə şübhəli qalıb.
Qeyd edək ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.