PFL prezidenti: "Lənkəranlılar rayon vətəndaşlarıdır, biz Bakı vətəndaşları"

18:55 11 Fevral 2015

Daha öncə xəbər verdiyimiz kimi, PFL prezidenti Ramin Musayev “Xəzər-Lənkəran”ın idman direktoru Yunis Hüseynova qonaqlıq təklif etmişdi.

“Lənkəranlılar rayon vətəndaşlarıdır, biz Bakı vətəndaşları. Mən də onları bir qonaq kimi qonaqlığa dəvət etdim. Yunis Hüseynov mənim dostumdur. Olanları başqa səmtə yozmaq lazım deyil”.

Sportarena.az saytına açıqlamasında PFL prezidenti Ramin Musayev “Xəzər-Lənkəran”ın idman direktoru Yunis Hüseynova qonaqlıq təklif etməsini belə izah edib.

Qeyd edək ki, Musayev nəyə görə bu təklifi məhz Yunis Hüseynova etdiyinə aydınlıq gətirməyib.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti