“Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşmasından sonra meydan sahiblərinin futbolçusu Samir Məsimovun Sportarena.az saytına açıqlama verib:
“Bu gün “Xəzər-Lənkəran”la oyun dönüş nötəsi idi. Biz bu oyunda qələbəyə köklənmişdik. İstəyirdik ki, qələbə qazanaq və bunu bacardıq. “Neftçi”nin vəziyyəti stabil deyil. Amma, biz çalışacayıq ki, “Neftçi”nin vəziyyəti stabil olsun. Çətin olacaq, çünki, “Qarabağ” kimi güclü rəqib var. Bu gün də qələbə qazandılar. “Qarabağ”la xal fərqini azaltmağa çalışacayıq və ilk pillələrdə qərarlaşacayıq”.
Qeyd edək ki, “Neftçi”- “Xəzər-Lənkəran” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşmış, Məsimov oyunun 68-ci dəqiqəsində 2-ci qolu vurmuşdu.