“Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşmasından sonra qonaqların hücumçusu Elnur Cəfərov Sportarena.az saytına açıqlama verib:
“İlk hissədə rəqibdən üstün idik. Təssüflər olsun ki, şansları boşa verdik. “Neftçi”dən qeyri-adi oyun görmədim. Adi oyunlardan biri idi və deyərdim ki, bəzi məqamlarda biz onlardan daha üstün oynadıq. Bu oyuna əlavə motivasiya ilə hazırlaşırdıq və buna görə də qarşılaşma çox maraqlı alındı. “İnter”lə oyundan dərhal sonra bütün komanda bu oyuna hazırlaşırdı. Həm azarkeş baxımından, həm oyun baxımından bu bizim üçün ayrı bir motivasiya idi. Eyib etməz, uduzduq, amma, Lənkəranda da oyun var. Çalışacayıq ki, Lənkərandakı oyunda qələbə qazana bilək”.
Qeyd edək ki, “Neftçi”- “Xəzər-Lənkəran” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.