Bu gün Azərbaycan Premyer Liqasında “Neftçi” vә “Xәzәr Lәnkәran” arasında “Böyük oyun” keçirilib.
Sportarena.az xәbәr verir ki, matçdan әvvәl PFL prezidenti Ramin Musayev vә “Neftçi”nin vitse-prezidenti Elnur Mәmmәdov fevralın 17-dә 50 yaşı tamam olacaq futbol veteranı Nazim Süleymanovu tәbrik edib.
Lakin yanvar ayında 50 illiyi olan “Xәzәr Lәnkәran”ın idman direktoru Yunis Hüseynovun belә tәbrik edilmәmәsi “Xәzәr Lәnkәran” tәrәfindә narazılıq yaradıb. Oyundan sonra keçirilәn mәtbuat konfransında cәnub klubunun mәtbuat xidmәtinin rәhbәri Hüseyn Cәbrayıloğlu bu barәdә danışıb: “Oyundan әvvәl Nazim Süleymanovun 50 illiyi qeyd edildi. Amma bir neçә gün öncә Yunis Hüseynov da bir neçә gün әvvәl yubileyini qeyd etmişdi. Amma ona belә hörmәt göstәrilmәdi. Biz Ramin Musayevә dә bu barәdә dedik. Hәm Yunis Hüseynov, hәm dә Nazim Süleymanov Azәrbaycan futbolu üçün çox iş görüb”.