Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk oyunlarını çərçivəsində növbəti görüşlər keçirilib.
Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən Azərbaycanın yeganə təmsilçisi “Azəryol” İtaliya “Yamamay”ını qəbul edib. 1 illik fasilədən sonra qrup mərhələsini adlayan Aleksandr Çervyakovun yetirmələri müəyyən üstünlüyə malik olsalar da, sonluq onlar üçün uğurlu alınmayıb. Busto Arsizo təmsilçisi paytaxtımızdan qələbə ilə ayrılıb.
Çempionlar Liqası
11 fevral
I pley-off mərhələsi, ilk oyun
“Azəryol” (Azərbaycan) – “Yamamay” (İtaliya) - 1:3 (24:26; 21:25; 25:19; 14:25)
Hakimlər: Pyotr Dudek (Polşa), Salvis Kurtiss (Latviya)
Bakı, Voleybol Mərkəzi