Fevralın 15-də Premyer Liqanın XXII tur oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, “Xəzər-Lənkəran” komandası Premyer Liqanın təqviminə görə bu turda “Araz Naxçıvan” klubu ilə görüşməli idi, lakin məlum olduğu kimi artıq Muxtar Respublika təmsilçisi yarışlardan kənarlaşdırılmışdır. Beləliklə də “Xəzər Lənkəran” bu turu istirahət edəcək. Onu da əlavə edək ki, “Ağ-yaşıl” komanda XXIII tur çərçivəsində fevralın 19-da “Qəbələ” klubunun qonağı olacaq.