Azərbaycan millisinin yoxlama oyunundakı rəqibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin debüt oyunundakı rəqibimiz Ukraynanın “Şaxtyor” klubu olacaq.
Yığmamız Donetsk təmsilçisi ilə fevralın 24-də qarşılaşacaq. Bu oyun Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.
Qeyd edək ki, millimiz fevralın 20-26-da qonşu ölkədə hazırlıq keçəcək.