Azərbaycanın güləş yığmasına bolqarıstanlı legioner cəlb olunub - FOTO

15:39 12 Fevral 2015

Azərbaycanın qadın güləşi üzrə milli komandasına bolqarıstanlı legioner cəlb olunub.

Sportarena.az sportal.bg-yə istinadən xəbər verir ki, bu, Elis Manolovadır.

19 yaşlı idmançı ilə birgə atası və şəxsi məşqçisi Filip Manolov da Bakıya gəlib. F.Manolov daha öncə Bolqarıstan millisində köməkçi-məşqçi vəzifəsində çalışıb. Onun qızı isə əvvəllər yeniyetmələr arasında dünya çempionatında 65 kq çəki dərəcəsində 5-ci yeri tutub. Sonradan E.Manolova vətəndaşlığını dəyişdirmək üçün 2 ilədək Bolqarıstan millisindən kənarda qalıb. Elisdən 3 yaş böyük bacısı Canan da güləşçidir. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Lakin C.Manolova öz ölkəsində qalmağa qərar verib.

Qeyd edək ki, Elis Manolova Bakıda hazırlıq keçən bolqarıstanlı 5 qat dünya çempionu Stanka Zlatevanın təcrübəsindən yararlanır. S.Zlatevanın şəxsi məşqçisi Semyon Şterev isə həm də Azərbaycanın qadın güləşi üzrə millisinin baş məşqçisidir.  

 


Digər xəbərlər

Xəbər xətti