Daha öncə də xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 21-ci turunda “Xəzər-Lənkəran” komandası istirahət edəcək.
Klubdan Sportarena.az-a verilən məlumata görə, 22-ci turda “Qəbələ” ilə qarşılaşmaya hazırlaşacaq lənkəranlılar boş oturmaq niyyətində deyil. Böyük ehtimalla əsas və əvəzedici komandalar yoxlama görüşündə özlərini sınayacaqlar.
Qeyd edək ki, 21-ci turun bütün oyunları fevralın 15-də keçiriləcək.