Rahid Əmirquliyev: "Xəzər-Lənkəran"da heç bir maliyyə problemi yoxdur"

18:09 12 Fevral 2015

“Xəzər-Lənkəran”da heç bir maliyyə problemi yoxdur və maaşımızı vaxtında alırıq”.

 

Bu sözləri Sportarena.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyev deyib.

 

“Mətbuat son zamanlar xəbərlər yayılır ki, çempionatın səviyyəsi aşağı düşüb. Mən tam olmasa da, qismən razıyam ki, çempionatın tempi bir qədər zəifləyib. Bu həm “Bakı” klubunda, həm də bizim komadada gəncləşdirmə siyasətinin aparılmasından qaynaqlanır. Amma, bizdəki gəncləşdirmə siyasətini heç bir halda maliyyə problemləri ilə əlaqələndirmək olmaz. Bu komanda rəhbərliyinin öz istəyidir, hər hansısa maliyyə problemi ilə əlaqəli deyil”. – deyə Əmirquliyev saytımıza bildirib.

 

Qeyd edək ki, bu il Lənkəran klubunda olan gəncləşdirmə siyasəti klubun maliyyə problemləri yaşaması şübhələrinə yol açmışdı. 


Digər xəbərlər

Xəbər xətti