“Bu, Ramin Musayevin PFL rəsmisi kimi növbəti hiyləgər gedişidir”.
Bu sözləri Sportarena.az saytına açıqlamasında “12-ci oyunçu” fanklubunun rəhəbəri İslam Cabbarlı deyib. Cabbarlı, “Xəzər-Lənkəran” – “Neftçi” oyunundan öncə Nazim Süleymanovun 50 illik yubileyi münasibəti ilə təbrik edildiyi qısa tədbirə “Xəzər-Lənkəran” klubundan heç bir rəsmi nümayəndənin çağırılmamasına münasibət bildirib.
“PFL və “Neftçi” qabaqcadan öz aralarında bu məsələni həll ediblər, forma hazırlayıb öz klublarının adın ora yazıblar, “Xəzər-Lənkəran” klubuna isə məlumat oyuna bir saat qalmış verilib və təbii ki, heç kim bir saata Nazim Süleymanova layiq hədiyyə hazırlaya bilməzdi. Burada belə bir şübhə yarana bilər ki, niyə “Xəzər-Lənkəran” rəsmiləri ilk məşqçilərinin yubileyini unudub. Amma, məsələ bu yerdədir ki, Nazim bəyin ad günü gələn həftə olacaqdı. Nə bilirsiz, bəlkə Lənkəranda ona daha layiqli təbirk olacaqdı? Bu, Ramin Musayevin PFL rəsmisi kimi növbəti hiyləgər gedişidir, ayrıseçkiliyi idi. Məqsəd, Lənkəran klubunu öz azarkeşlərinin gözündə alçaltmaq idi. Yəni, bunu televiziyada geniş reklam edib göstərmək istəyirdilər ki, ay camaat, ay futbol həvəskarları, baxın görün sizin klub öz ilk məşqçisinə necə hörmət qoyur ki, heç təbrik etməyə də gəlmir, “Neftçi” klubu isə gözəl hədiyyə verir. Biz azarkeşlər, onların belə gedişlərinə öyrəşmişik. Bu, onların növbəti siyasi gedişi idi”.
“Yunis Hüseyinov Lənkəran klubunda işlədiyi üçün təbrik edilməyib”.
Cabbarlı, həmçinin Nazim Süleymanovun təbrik edilib, Yunis Hüseyinovun kənarda saxlanılmasına da münsaibət bildirib.
“Yunis Hüseyinovun yubileyinin qeyd edilməməsinin səbəbi odur ki, o, “Xəzər-Lənkəran”da işləyir. Yunis Hüseyinov Lənkəran klubunda işlədiyi üçün təbrik edilməyib. Əgər burada işləməsəydi, onun da yubileyini yaxşı səviyyədə keçirərdilər”. – deyə Cabbarlı bildirib.
Rahim Şaliyev