"Şalke"nin sabiq futbolçusu Mimun Azauaq futbolu ataraq dini təriqətə qoşulub.
Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu vəhhabi təriqətinə keçib.
Almaniya mətbuatının yazdığına görə, futbolçu İslamın təbliği məqsədiylə Frankfurt küçələrində insanlara Quran kitabı paylayır.
Əvvəllər "Bohum", "Şalke" və "Maynts" kimi klubların şərəfini qorumuş futbolçunun son komandası "Kayzerslautern" olub. Mərakeş əsilli futbolçu 2014-cü ildə "Kayzerslautern"dən ayrıldıqdan sonra özünü dinin təbliğinə həsr edib.
Mimun 10 oyunda Almaniyanın 21 yaşlılardan ibarət millisinin də şərəfini qoruyub.