Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 14 yaşadək futbolçular arasında keçirilən Elit Kubokunun final oyununu izləyib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis "Qəbələ"nin "İnter"i 3:0 hesabı ilə məğlub etdiyi matça AFFA rəsmiləri ilə birgə baxıb.
O, oyundan sonra təşkil olunan mükafatlandırma mərasiminə qatılıb. Mükafatları R.Prosineçkidən əlavə, AFFA-nın baş katibi Elxan Məmmədov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov və "İnter"in prezidenti Georgi Nikolov təqdim edib.