İspaniyanın “Atletiko Madrid” klubunda forma geyən Arda Turan, Fransanın “So Foot” dərgisinə maraqlı açıqlamalar verib.
Sportarena.az xəbər verir ki, o, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluğundan danışıb:
“Onu 8 yaşımdan tanıyıram. Mənim ölkə üçün gözəl bir nümunə olduğumu demiş və təbrik etmişdi. Futbolu çox sevir. Bəzən oyunlardan öncə soyunub-geyinmə otağına gələrək bizə uğurlar diləyir. Onunla qarşılaşanda, hər şeydən danışırıq. Eynən bir dost kimiyik. Əgər bir gün evlənsəm, onu toyuma çağıracam. Əgər futbolçu olmasaydım, siyasətçi ola bilərdim. Nəyə görə Prezident də olmayaydım ki”?