Fransanın "Lill" klubunun 42 yaşlı azarkeşi FIFA-nın qarşıdakı prezident seçkilərində iştirak etmək üçün namizədliyini qeydiyyatdan keçirməyə çalışıb.
Sportarena.az xəbər verir ki, fransalı Fatehi Triki 5 futbol federasiyasının dəstəyini əldə etməyə çalışdığını etiraf edib. Lakin 209 federasiyaya məktub yollayan azarkeşin ümidləri doğulmayıb. Fatehi namziədliyini irəli sürmək istəməsini qurumda mövcud olan dopinq və rüşvət qalmaqallarından yorulması ilə əlaqələndirib. O. 2019-cu ildə yenidən namizədliyini irəli sürəcəyini də bildirib