Zaqatalanın “Simurq” klubunun futbolçusu Draqan Çeran Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” ilə oyununda rəqib qapısına 2 dəfə yol tapmaqla, Azərbaycan çempionatlarındakı qol hesabını 20-yə çatdırıb.
Sportarena.az xəbər verir ki, onun penaltidən vurduğu ikinci top yubiley xarakteri daşıyıb.
28 yaşlı serbiyalı hücumçu “Simurq”un tarixində milli çempionatlarda 20 və daha çox qol vuran 2-ci oyunçu olub. Çeran bu göstəricidə yalnız ukraynalı Vladimir Mazyardan geri qalır.
Ötəm mövsüm 31 qarşılaşmada 11 dəfə fərqlənən balkanlı cari çempionatın 15 matçında 9 qolun sevincini yaşayıb.
Qeyd edək ki, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “Simurq”un heyətində 7 futbolçu 10 və daha çox qol vurub.