Həmyerlimiz ikinci oldu

11:41 13 Fevral 2015

Belarusun paytaxtı Minskdə keçirilən Dünya Kubokunda ilk yarış günündə Azərbaycan yığması bir medal qazanıb.

Sportarena.az xəbər verir ki, Nəsimi Umbayev 52 kq çəki dərəcəsində bürünc medala sahib olub. 

O, tacikistanlı Ərdəşir İsmayılovla birgə fəxri kürsünün 3-cü pilləsində yer alıb. Qızıl medala isə finalda həmyerlisi Riçard Totoyevi yenən Andrey Kubarkov layiq görülüb. 

Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq. 

 


Digər xəbərlər

Xəbər xətti