Lionel Messi "Barselona"da 21 mart 2010-cu ildən bəri ilk dəfə olaraq başqa bir oyunçunun penalti vurmasına icazə verdi.
Sportarena.az Türkiyənin "Hürriyyət" qəzetinə istinadənxəbər verir ki, bu əlamətdar hadisə İspaniya Kuboku çərçivəsində "Barselona" - "Vilyareal" oyununa təsadüf edib.
Beş ildən sonra L.Messi meydanda ikən digər komanda yoldaşı ilk dəfə penalti zərbəsini vurub. Kataloniya təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi oyunda Neymar 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib.
Qeyd edək ki, L.Messi sonuncu dəfə 21 mart 2010-cu il tarixində Saraqosa ilə matçda Zlatan İbrahimoviçə penalti vurmağa icazə vermişdi.