“Biz istəyirik ki, komandamız Bakıda medallar qazansın”.
Rumıniya Bakıya Avropa oyunları 2015-ə 300 nəfərlik heyətlə gəlmək istəyir.
Sportarena.az xəbər verir ki, onlardan təxminən 200 nəfəri idmançı, 100 nəfəri isə məşqçi qərargahın nümayəndələri, rəsmi şəxslər və s.-dir.
“Rumıniya təşkilatçılarının səyləri nəticəsində Avropa oyunlarına kompleks yarışlarda iştirak tarixində ən böyük heyət gəlir. Biz istəyirik ki, komandamız rəqabətqabiliyyətli olsun və Bakıda medallar qazansın”-, Rumıniyanın Milli Olimpiya Komitəsinin prezidenti Alin Petraçe deyib.