Samir Nasri: "Didye Deşam kişi kimi davranmağı öyrənməlidir"

11:46 13 Fevral 2015

"Mançester Siti"nin yarımmüdafiəçisi Samir Nasri "Çelsi"nin oyunundan təsirlənmədiyini bildirib. 

 

Sportarena.az xəbər verir ki, fransalı futbolçu "zadəganlar"ın səhvlər edəcəyinə inandığını bildirib.

 

"Mourinyonun böyük pərəstişkarıyam. Amma onun komandası məni təəccübləndirə bilmir. Bu mövsüm "Çelsi" ilə 2 dəfə qarşılaşmışıq. Bir oyunu 10 nəfərlə başa vurmalı olmuşuq. Amma yenə də onlardan yaxşı təsir bağışlayırdıq. "Çelsi"nin bəzi oyunlarını izləyəndə görürəm ki, onlar fantastik komanda deyil. London klubu sadəcə güclüdür və ön xəttdə yaxşı hücumçuları var. Mənə görə, "Çelsi"də xüsusi bir şey yoxdur. London klubu bir sıra səhvlər edəcək. Biz öz oyunlarımızda qalib gəlib nə baş verəcəyini gözləməliyik. Heç kim mövsümün bitməsinə 10 tur qalmış çempionluğunu elan edə bilməz. Qoy bəzi insanlar bizi hesabdan silsinlər. Amma son illərdə 2 dəfə çempion olmuşuq. Hər 2 halda geridən gəlib qalibiyyət əldə etmişdik. İki ay əvvəl "Çelsi" ilə 8 xal fərqimiz vardı. "Siti" mümkün qədər çox xal toplayıb rəqibin səhvlərini gözləməlidir. Maksimum nəticə qazansaq, yenidən İngiltərə çempionu olacağıq".

 

Nasri Braziliyada keçirilən mundialdan kənarda qalması və Fransa millisinin baş məşqçisi Didye Deşam barədə də söhbət açıb.

 

"Dünya çempionatından kənarda qalmaq mənə sarsıdıcı zərbə oldu. Karyeramda ən çox buna təəssüf edirəm. Orada oynamağa layiq olsam da, Deşam məni bu imkandan məhrum etdi. Problemləri mənim yaratdığım barədə fikirləri oxuyanda ailəm narahat olur. Belə münasibəti haqq etdiyimi düşünmürəm. Məndən başqa, 2010-cu ildə narahatçılıq yaradan bütün Fransa futbolçuları bağışlandı. Deşama demək istərdim ki, o, kişi davranmağı öyrənsin. Qərarlarını əsaslandırmaq və fikirlərini birbaşa deməkdən çəkinməsin. Mundiala məni niyə aparmaması kişi hərəkəti deyildi".

 


Digər xəbərlər

Xəbər xətti