İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Premyer Liqasının XXI turunun “Simurq” – “Qəbələ” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, meydan sahibi klub 1000 manat, oyunun 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun 22 №-li futbolçusu Dmitri Bezotosniy sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb və qonaq klub 200 manat cərimə olunub.
Əvəzedici heyətlərin XXI turunun “Simurq” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Əvəzedici heyətlərin “Bakı” – “Sumqayıt” matçında isə 80-cı dəqiqədə “Bakı” klubunun 16 №-li futbolçusu Rüstəm Rüstəmli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.