Millinin baş məşqçisi Elxan Məmmədova şikayətlənib

14:40 13 Fevral 2015

Milli komandamızın baş məşqçisi Robert Prosineçki ötən gün Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Bakcell Arena” stadionunda keçirilən “Neftçi” – “Xəzər Lənkəran” (2:0) oyununa gedərkən problemlə üzləşib.

 

Sportarena.az xəbər verir ki, polis işçiləri xorvatiyalı mütəxəssisin əyləşdi xidməti maşını stadiona buraxmaq istəməyiblər.

 

Yalnız AFFA rəhbərliyinin işə qarışmasından sonra məsələ həll olub. Xorvatiyalı isə oyundan sonra bununla bağlı öz şikayətini AFFA-nın baş katibi Elxan Məmmədova çatdırıb. Baş katib isə ona bildirib ki, gərək AFFA-dan hansısa nümayəndə 1 saat öncə Prosineçkinin maşınının seriya nömrəsini polislərə çatdırmalı idi ki, onlar da onu qeydiyata alıb maşını problemsiz içəri buraxaydılar. Xorvatiyalının köməkçisi isə bunu etməyi unudub və nəticədə bu problem yaranıb.

 


Digər xəbərlər

Xəbər xətti