Azərbaycan milli komandanın baş məşqçisi Robert Prosineçki ilə AFFA-nın partnyoru olan "AccessBank"ın Baş Meneceri və İdarə Heyətinin sədri Michael Hoffmann arasında görüş keçirilib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tanışılıq xarakteri daşıyan görüşdə Azərbaycan futbolu, AFFA və "AccessBank"ın əməkdaşlıq münasibətləri barədə söhbət aparılıb.