"Barselona"nın eks futbolçusu Ronaldinyo karyerasını Afrikada davam etdirəcək.
Sportarena.az İngiltərə mediasına istinadən xəbər verir ki, təcrübəli futbolçu Anqolanın "Kabuskorp" klubuna transfer olunacağı deyilir. Keçid yayda baş tutacaq. "Kabuskorp" klubunun prezidenti Luanda Bento Kanqamba bu barədə deyib:
"Biz Ronaldinyo ilə danışıqlar aparırıq. Bu istiqamətdə müəyyən irəliləyişlər əldə etmişik. Yayada braziliyalı futbolçu bizim kluba gələcək. Hələlik isə Roni "Queretaro" ilə cari müqaviləsi barədə müzakirə aparmalıdır".
Qeyd edək ki, "Kabuskorp" klubunda 2012-ci ildə daha bir eks "Barselona"lı - Rivaldo da çıxış etmişdi.